"ARB telekanalı öz fəaliyyətini davam etdirəcək".
Redaktor.az xəbər verir ki, telekanaldan verilən məlumata görə, ARB və ARB 24 kanalları ARB 24 MMC-nin tərkibində fəaliyyətlərini davam etdirir.
Kanalın fəaliyyətinə xitam verilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
***
ARB TV MMC-nin fəaliyyətinə xitam verilir.
Redaktor.az "Teleqraf"a istinadən xəbər verir ki, bununla da MMC "Stream-Info" MMC-yə qoşulduğunu və nəticədə yenidən təşkil olunduğunu elan edib.
Qeyd edək ki, ARB TV MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi isə Emin Vaqif oğlu Sultanovdur. MMC-nin bundan əvvəlki qanuni təmsilçisi isə Murad Dadaşov olub.