AZ

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

ain.az, Apa.az saytına istinadən bildirir.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Qəzza sektoruna dair bir plan hazırlayıb. Bu plan anklavın iki hissəyə bölünməsini nəzərdə tutur: onların biri İsrailin, digəri isə Fələstin qruplaşmalarının nəzarəti altında olacaq.

APA xəbər verir ki, bu barədə “The Guardian” amerikalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Qəzzanın şərqində İsrailin və beynəlxalq hərbi kontingentin nəzarətində olacaq “yaşıl zona”da bərpa işləri aparılacaq, “qırmızı zona” isə xarabalıq vəziyyətində qalacaq.

Nəşr yazır ki, Vaşinqton atəşkəsdən sonra hələ də “qırmızı zona”da yaşayan fələstinliləri bu yolla “yaşıl zona”ya köçməyə həvəsləndirməyə çalışır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
64
2
apa.az

3Mənbələr