AZ

Tramp: İran ABŞ ilə nüvə sazişinə hazırdır

BAKI, 15 noyabr. TELEQRAF

İran ABŞ ilə nüvə proqramı üzrə razılaşmaya getməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, “hər kəs bizimlə saziş bağlamaq istəyir”.

Tramp vurğulayıb ki, ABŞ əvvəllər İranın nüvə potensialını məhv edib və son 22 ildə heç bir prezidentin belə addım atmaq üçün cəsarəti çatmadığını qeyd edib.

“Biz bunu etdik. İran tamamilə fərqlidir”, - ABŞ lideri Floridaya uçuş zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Seçilən
60
teleqraf.com

1Mənbələr