AZ

Argentinada zavodda partlayış baş verib

Argentina paytaxtı Buenos Ayres şəhərinin kənarında yerləşən aqrokimya zavodunda güclü partlayış baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə "La Nacion" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində azı 22 nəfər xəsarət alıb.

Partlayış dalğası sənaye parkına bitişik məhəllələrdəki evlərin şüşələrini sındırıb. Qəzet Eseysa xəstəxanasının həkimindən sitat gətirib: "Sınmış şüşə nəticəsində kəsikləri olan, xəsarət alanlar və yanıq yaraları alan işçiləri qəbul edirik".

Hadisə yerində yanğınsöndürənlər işləyir. Səlahiyyətlilər mümkün zəhərli emissiyalara görə əhaliyə pəncərələri bağlamaq barədə xəbərdarlıq edib.

Yaxınlıqdakı Naziro Pistarini Beynəlxalq Hava Limanı fəaliyyətini davam etdirir. Partlayışın səbəbi hələ müəyyən edilməyib.

Seçilən
41
ikisahil.az

1Mənbələr