DÇ-2026-nın seçmə mərhələsində Avropa zonası üzrə bu gün növbəti matçlar oynanılacaq.

Offsideplus.az xəbər verir ki, Türkiyə yığması Bolqarıstanı qəbul edəcək. "Ay-ulduzlular" az olan liderlik şansını davam etdirmək istəyir.

Bu qrupun digər oyununda İspaniya milli komandası Gürcüstanla üz-üzə gələcək.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Günün digər oyunları isə belədir:

DÇ-2026, seçmə mərhələ

15 noyabr (şənbə)

B qrupu

23:45. İsveçrə - İsveç

23:45. Sloveniya - Kosovo

1. İsveçrə - 10 xal, 2. Kosovo - 7, 3. Sloveniya - 3, 4. İsveç - 1.

C qrupu

23:45. Danimarka - Belarus

23:45. Yunanıstan - Şotlandiya

1. Danimarka - 10 xal, 2. Şotlandiya - 10, 3. Yunanıstan - 3, 4. Belarus - 0.

E qrupu

21:00. Türkiyə - Bolqarıstan

21:00. Gürcüstan - İspaniya

1. İspaniya - 12 xal, 2. Türkiyə - 9, 3. Gürcüstan - 3, 4. Bolqarıstan - 0.

H qrupu

21:00. Kipr - Avstriya

23:45. Bosniya və Herseqovina - Rumıniya

1. Avstriya - 15 xal, 2. Bosniya və Herseqovina - 13, 3. Rumıniya - 10, 4. Kipr - 8, 5. San-Marino - 0.

J qrupu

18:00. Qazaxıstan - Belçika

21:00. Lixtenşteyn - Uels

1. Belçika - 14 xal, 2. Şimali Makedoniya - 13, 3. Uels - 10, 4. Qazaxıstan - 7, 5. Lixtenşteyn - 0.