AZ

VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları dörd fərqli növdə çıxış edəcəklər

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir.

İdman.Biz xəbər verir ki, bu gün Azərbaycan idmançıları dörd fərqli növdə çıxış edəcəklər.

Ölkə təmsilçilərindən Toğrul Məmmədli dualtlon yarışlarının final mərhələsində mübarizə aparacaq.

Azərbaycanın qadın həndbolçulardan ibarət yığması İslamiadada ilk görüşünü Özbəkistana qarşı keçirəcək. B qrupunun matçı Bakı vaxtı ilə 15:00-da başlayacaq.

Elçin Eminov (60 kq) və Həmzə Rəsulzadə (70 kq) uşu yarışlarının 1/16 final, Xalidə Mirzəyeva (56 kq) isə 1/4 final mərhələsində rəqibləri ilə münasibətlərə aydınlıq gətirəcəklər.

Azərbaycan taekvondoçuları Cavad Ağayev (74 kq), Bəhruz Quluzadə (54 kq) 1/16 final, Minayə Əkbərova (46 kq) isə 1/4 finalda yarışacaq.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan 39 mükafatla (5 qızıl, 13 gümüş, 21 bürünc) medal sıralamasında 7-ci pillədə qərarlaşıb.

İdman.Biz

Seçilən
26
9
idman.biz

10Mənbələr