Bakı. Trend:
TAP Transadriatik Qaz Kəməri Konsorsiumu Yunanıstandagenişləndirmə layihəsi üzrə işlərin birinci mərhələsini başaçatdırıb.
Bu barədə TrendTAP AG-yə istinadən xəbər verir.
“Kommersiya istismarının başlanmasından beş il ötür. TAP təbiiqazı təhlükəsiz və etibarlı şəkildə təchiz edir , Avropaya 52milyard kubmetrdən çox qaz nəql edib; Yunanıstanda genişləndirməlayihəsinin birinci mərhələsini başa çatdırıb. Səhmdarlarımıza,komandalarımıza və podratçılarımıza təşəkkür edirik”, –konsorsiumda bildirilib.
Qeyd edək ki, 15 noyabr 2020-ci il tarixində, tikinti işlərininbaşlanmasından dörd il yarım sonra, Yunanıstan, Albaniya, Adriatikdənizi və İtaliya ərazisindən keçən 878 kilometrlik qaz nəqletməsistemi kommersiya istismarına verilib. 2020-ci il dekabrın 31-dəTAP ilk qazın nəqlinə başlayıb. TAP-ın illik ötürücülük qabiliyyəti10 milyard kubmetrdir və bu göstərici 20 milyard kubmetrə qədərartırıla bilər.
TAP vasitəsilə tədarüklərin 2026-cı ilə qədər daha 1,2 milyardkubmetr artırılması 2024-cü ilin yanvarında təsdiqlənib. Hazırda2026-cı ildən etibarən TAP vasitəsilə Albaniyaya qaz tədarükününtəşkili üzrə işlər aparılır.