Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci matçını keçirəcək.
Apasport.az xəbər verir ki, 13-cü qrupda yer alan komanda Şimali İrlandiya ilə qarşılaşacaq.
Görüş Maltanın Ta Qali şəhərindəki "Sentenari" stadionunda, Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Oyunu qazaxıstanlı referi Sayat Karabayev idarə edəcək.
Qeyd edək ki, Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv seçmə mərhələdə keçirdiyi ilk matçda Çexiya yığmasına böyük hesabla məğlub olmuşdu - 1:6.
II Liqa klubunun rəhbərliyi dəyişib - RƏSMİ
Kamandan oxatma üzrə “Zəfər turniri”nin açılış mərasimi keçirilib - FOTO
Mbappe Azərbaycanla oyunda iştirak etməyəcək
"Karvan-Yevlax" ev oyunlarını Yevlaxda keçirəcək
İslamiada: Ölkəmizi 3 paralimpiyaçı təmsil edəcək