AZ

Azərbaycanın yanvar-sentyabr aylarında İtaliyaya təbii qaz ixracından gəlirləri artıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan İtaliyaya ümumilikdə 3,5 milyard ABŞ dolları dəyərində 7,1 milyard kubmetr təbii qaz ixrac olunub.

TurkicWorld bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü üzrə göstəricilərlə müqayisədə, cari ilin ilk 9 ayında dəyər ifadəsində 612 milyon dollar həcmində və ya 21,3 faiz artım müşahidə olunub, həcm baxımından isə bu 238,9 milyon kubmetr və ya 3,3 faiz azalmadır.

Yanvar-sentyabr 2024-cü illərində Azərbaycandan İtaliyaya 2,9 milyard kubmetr təbii qaz ixrac edilib. İxracın ümumi dəyəri 7,3 milyard ABŞ dolları təşkil edib.

Qeyd etmək lazımdır ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə ümumilikdə 18,5 milyard kubmetr təbii qaz ixrac olunub və bunun dəyəri 6,7 milyard ABŞ dolları olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 623,3 milyon ABŞ dolları və ya 10,3 faiz çox, həcm baxımından isə 203,2 milyon kubmetr və ya 1,1 faiz azdır.

Seçilən
25
6
turkic.world

7Mənbələr