"Qarabağ"ın futbolçusu Toral Bayramov Azərbaycan millisinin heyətindən çıxarılıb.


Rekord.az xəbər verir ki, buna səbəb futbolçunun zədələnməsi olub.


Qeyd edək ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma DÇ-2026-nın seçmə mərhələsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.