AZ

DÇ–2026 – V turun oyunları

DÇ–2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin D qrupunda V tur çərçivəsində Azərbaycan – İslandiya oyunu keçirilib. Bakıdakı 8-ci kilometr qəsəbə stadionunda təşkil olunan görüş rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 20-ci dəqiqədə Albert Qudmundsson, 39-cu dəqiqədə isə Sverrir İnqason vurublar.

Qrupun digər qarşılaşması Fransada Park de Prens stadionunda baş tutub. Fransızlar Ukrayna millisinin qapısından 4 cavabsız top keçiriblər. Qolları 55 və 83-cü dəqiqələrdə penaltidən Kilian Mbappe, 76-cı dəqiqədə Maykl Olise, 88-ci dəqiqədə isə Uqo Ekitike qonaqların qapısından keçiriblər.

Son oyun ərəfəsində Fransa 13 xalla 1-ci, Ukrayna və İslandiya isə 7 xalla 2-3-cü yerləri bölüşürlər. Azərbaycan millisi 1 xalla sonuncu – 4-cü pillədə yer alıb.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə sonuncu görüşünü noyabrın 16-da Bakıda Fransaya qarşı keçirəcək.

Qabil YUSİFOĞLU
XQ

Seçilən
60
xalqqazeti.az

1Mənbələr