Azərbaycanın qadın şahmatçılarından ibarət millisi 17-24 noyabr tarixlərində İspaniyanın Linares şəhərində keçiriləcək komandalar arasında dünya çempionatında iştirak edəcək.

Offsideplus.az xəbər verir ki, Əlcəzair komandası yarışda iştirak edə bilmədiyinə görə yüksək reytinqə malik Azərbaycan seçməsi mötəbər yarışa dəvət olunub.

Yığmamız A qrupunda yer alıb. Şahmatçılarımız FIDE, ABŞ, Qazaxıstan, İspaniya və Peru yığmalarıyla eyni qrupda yarışacaq. B qrupunda Çin, Gürcüstan, Ukrayna,Fransa, Özbəkistan və Hindistan yığmaları çıxış edəcək. 

Komandamızın heyəti belədir: Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva.

Kapitan İlahə Qədimova olacaq.