AZ

Deputat: Azərbaycan və Özbəkistan prezidentləri bu gün eyni strateji nöqtədə birləşib

Apa.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dünyaya nümunə olacaq bir yol açıblar.

APA-nın Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Özbəkistan Respublikasının Ali Məclisinin deputatı Cəmilə Şermuxamemmedova bildirib.

Deputat deyib ki, bu gün böyük və kiçik ölkə anlayışı öz aktuallığını itirib: “Sadəcə ölkələr var və hər birinin öz kimliyi mövcuddur. Bu kimlik milli dəyərləri, mənəvi–mədəni irsi, tarixi, inkişaf yolunu və beynəlxalq münasibətlər sistemindəki yerini müəyyənləşdirir. Bu gün Azərbaycan və Özbəkistan arasında formalaşan əlaqələr də məhz belə bir mənəvi körpüdür, bu körpü xalqlarımızın dünyaya öz baxışını, münasibətini və mədəniyyətini çatdırır”.

Cəmilə Şermuxamemmedova qeyd edib ki, Azərbaycan və Özbəkistan onun üçün iki doğma evdir: “Bu xalqlara olan sevgini bir-birindən ayırmaq mümkün deyil. Nizami Gəncəvi, Əlişir Nəvai kimi dahilərin irsini oxumadan, onlardan ilham almadan mənəvi və fəlsəfi düşüncə mümkün deyil. Ona görə də düşünürəm ki, həm Prezident İlham Əliyev, həm də Prezident Şavkat Mirziyoyev bu gün eyni strateji nöqtədə birləşiblər. Söhbət dostluq körpüsünü daha da möhkəmləndirməkdən gedir. Çünki bizə iqtisadi inkişaf da, regional əməkdaşlıq da lazımdır. Xəzər dənizi Azərbaycanın iqtisadi inkişafının təməli olduğu kimi, bu əməkdaşlıq da iki xalqın ümumbəşəri dostluğunun göstəricisidir. Keçmişin və bu günün siyasi tarixini araşdıranda görürəm ki, bu iki lider — iki böyük siyasi fenomen dünyaya nümunə olacaq bir yol açıblar. Tanrı xalqlarımıza zəngin yerüstü və yeraltı sərvətlər verib. Bu nemətlər bizim üçün bir imtahandır və biz onları göz bəbəyi kimi qorumalıyıq. Bu gün prezidentlər - həm Şavkat Mirziyoyev, həm də İlham Əliyev düzgün strategiya seçiblər və doğru yolda irəliləyirlər. Xalqımız da bunu ürəyi ilə hiss etməli, bu yolu dəstəkləməlidir. Hər iki dövlət düzgün strategiya yürüdür, fenomenal bir yol açıb və bu yol gələcəkdə bütün dünyaya nümunə olacaq. Əgər həm Özbəkistanın, həm Azərbaycanın minilliklərlə ölçülən birgə tarixi varsa, deməli yolumuz da, taleyimiz də eynidir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
2
apa.az

3Mənbələr