AZ

Xaçınçay su anbarının təmir-bərpası suvarmaya necə təsir edəcək?

Bakı. Trend:

Xaçınçay su anbarı 30 ilə yaxın bir müddətdə işğal altında olananbar baxımsız vəziyyətdə saxlanıldığından və heç bir təmir-bərpaişləri görülmədiyindən yararsız vəziyyətdə idi. Torpaqlarımızişğaldan azad edildikdən sonra su anbarında təmir-bərpa işləriaparılıb.

Su anbarı Ağdam rayonunda kənd təsərrüfatının suvarılmasına necətəsir edəcək?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Azərbaycan Dövlət SuEhtiyatları Agentliyinin nümayəndəsi Fuad Nəsirov bildirib ki, suanbarının təmir-bərpası Ağdam rayonunun torpaq sahələrinin sutəminatını yaxşılaşdıracaq.

"Anbar 7 min hektar torpaq sahələrinin su təminatınınəhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına şərait yaradacaq", - deyəo, qeyd edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev və Birinci xanım Mehriban Əliyeva 24 dekabr 2023-cü iltarixində Ağdam rayonunda Xaçınçay su anbarının təmir-bərpadansonra istifadəyə verilməsi mərasimində iştirak ediblər.

Qeyd edək ki, tədbirlər planı əsasında Ağdam rayonu ərazisindəyerləşən Xaçınçay su anbarının 7 km uzunluğunda kanal ilə birlikdətəmir-bərpa işləri həyata keçirilib.

Məlumat üçün bildiririk ki, Xaçınçay su anbarı 1964-cü ildəistismara verilib. Anbarın ümumi su tutumu 23 milyon kubmetr,bəndin hündürlüyü 44 metr, uzunluğu 940 metr, su səthinin güzgüsahəsi isə 176 hektar təşkil edir.Eyni zamanda,Xaçınçay su anbarınadaxil olan sular tənzimlənərək, ümumi suburaxma qabiliyyətisaniyədə 3,2 kubmetr olan əsas magistral kanala ötürülür. Kanalınbaşlanğıc 6,64 kilometr hissəsi də bəndi ilə bərabər təmir və bərpaolunub. Su anbarında yeni inzibati və gözətçi binaları, təmiremalatxanası və nasosxana tikilib, istismara verilmişdir.

Məqalədə:
Seçilən
195
50
az.trend.az

10Mənbələr