AZ

Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşdü


Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov ilə görüşüb.

Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Türkmənistan və Azərbaycan arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Tərəflər bütün sahələrdə uğurla qurulmuş əməkdaşlığın daha da inkişaf etdirilməsinin, eləcə də ən yüksək səviyyədə sıx dialoqun saxlanılmasının vacibliyini vurğulayıblar.

Seçilən
26
24
baki-xeber.com

10Mənbələr