Futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində D qrupunun son oyununda sabah Fransa yığması ilə üz-üzə gələcək. 

Offsideplus.az xəbər verir ki, futbolçu İbrahima Konate Bakıda jurnalistlər önünə çıxıb. O, sabahkı matç barədə bu sözləri səsləndirib: 

“Kapitan olub-olmayacağım bilmirəm, bunu baş məşqçidən soruşmaq lazımdır. Oyundan zövq almağa çalışacağıq. Fransanı təmsil etmək üçün bura gəlmişik. Məqsədimiz xal almaqdır". 

Qeyd edək ki, Azərbaycan - Fransa matçı 16 noyabr saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.