"Sabah bizi çətin oyun gözləyə bilər. Azərbaycan millisi ilk görüşdə bizi təəccübləndirdi. Səmimi olacağam, birinci matçda çətinlik çəkdik".
"Unikal" xəbər verir ki, bunu Fransa millisinin futbolçusu İbrahima Konate DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə təşkil edilən mətbuat konfransında deyib.
O, Bakıdan xalla qayıtmaq istədiklərini bildirib: “Oyundan həzz almaq və ölkəmizə xalla qayıtmaq istəyirik. Amma bizim də Bakıda öz hədəflərimiz var. Bunun üçün mübarizə aparacağıq. Heyətlə bağlı yekun qərarı baş məşqçimiz verəcək”.
Qeyd edək ki, Azərbaycan - Fransa matçı noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:00-da başlayacaq.