AZ

İndoneziyada baş verən sürüşmə nəticəsində ölənlərin sayı 11-ə çatdı

İndoneziyada baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Məlumata görə, şənbə günü günorta saatlarına olan məlumata əsasən, həlak olanların sayı 11 nəfərə yüksəlib, daha 12 nəfər isə itkin düşmüş hesab olunur və onların axtarışı davam edir.

Vurğulanıb ki, sürüşməyə leysan yağışları səbəb olub. Torpaq kütləsi Mərkəzi Yavada yerləşən üç kəndin üzərinə çökərək bir neçə yaşayış evinə zərər verib.

Seçilən
23
3
redaktor.az

4Mənbələr