AZ

Didye Deşam: Azərbaycan millisi çox istəkli komandadır

Sabah nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

SİA yerli mənbələrə istinadən xəbər verir ki,bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, Azərbaycan millisinin enerjili komanda olduğunu bildirib: “Rəqibimiz çox istəkli komandadır. Heyət baxımından risk etmək istəmirəm. Topuğunda zədəsi olan Kilian Mbappe ilə “Real Madrid” klubunun həkimləri məşğul olacaqlar. Bakıya 22 futbolçu ilə gəlmişik. Hamısına güvənirəm”.

Qeyd edək ki, Azərbaycan - Fransa matçı noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:00-da başlayacaq.

Seçilən
9
3
sia.az

6Mənbələr