AZ

"Nəticələrdən daha çox oyundan zövq almağa fokuslanmalısınız" - İbrahima Konate

style='margin-bottom:10px;'>

Fransa millisinin futbolçusu İbrahima Konate DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turunda Azərbaycanla keçiriləcək oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

QOL.az “Liverpul”un müdafiəçisinin fikirlərini təqdim edir:

- Sabah kapitan siz olacaqsınız? Komandaya nə deyəcəksiniz?

- Kapitan olub-olmayacağımı bilmirəm, bunu baş məşqçidən soruşmaq lazımdır. Qarşıdakı oyun çətin keçə bilər, lakin əsas məsələ oyundan zövq almaqdır. Buraya Fransanı təmsil etməyə gəlmişik. Məqsədimiz rəqibdən xal qazanmaqdır.

- Azərbaycanla matçda qapıda millinin ikinci qapıçısı dayanacaq?

- Bu, məndən asılı deyil, buna baş məşqçi qərar verir. O, yüksək keyfiyyətli qapıçıdır. Ümid edirəm ki, sabah ilk dəfə qapıda dayanacaq və Fransa millisinin formasını uğurla təmsil edəcək.

- Parisdəki matçda Azərbaycana qarşı çətinlik çəkmişdiniz... 

- Bəli, Parisdəki görüşdə Azərbaycan millisi bizi müsbət mənada təəccübləndirmişdi. Artıq matçın nəticəsindən asılı olmayaraq oyunumuzu ortaya qoyacağıq. Sabah hesabın necə olmasından aslı olmayaraq, nəticələrdən daha çox oyundan zövq almağa fokuslanmalısınız. Fransa xalqının qarşısında öz məsuliyyətimiz var.

- Azərbaycan millisinin heyətində əksər oyunçular "Qarabağ"ı təmsil edir. Azərbaycan klubu Çempionlar Liqasında "Liverpul"un rəqibidir. "Qarabağ"ın belə uğurlu çıxışı sizi təəccübləndirib?

- Bakı gözəl şəhərdir. Səmimi olacam, Azərbaycanla Fransadakı oyunda çətin anlar yaşadıq. Bunu qəbul etməliyik. Gələcək matçlara fokuslanmırıq, anı yaşayırıq. Azərbaycan millisi 0:3 uduzsa da, müsbət keyfiyyətlər göstərdi. Əminəm ki, sabah da bunu göstərəcəklər. Biz də milli olaraq xal qazanmağa çalışacağıq.

Seçilən
70
50
teleqraf.com

10Mənbələr