AZ

Azərbaycan millisinin futbolçusu: Fransa ilə oyuna hazırıq

Bakı, 15 noyabr, AZƏRTAC

Fransa ilə oyuna hazırıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Elvin Bədəlov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Fransa yığmasına qarşı oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, seçmə mərhələnin son matçını uğurla başa vurmaq istədiklərini bildirib: “Çətin oyun olacaq. Kilian Mbappe zədə səbəbindən bizə qarşı oynamasa belə, rəqibin heyətində başqa keyfiyyətli futbolçular var. Azarkeşlərimiz bizi tək qoymayacaq. Onlara indidən təşəkkür edirəm”.

Qeyd edək ki, Azərbaycan - Fransa matçı noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:00-da başlayacaq.

Seçilən
55
4
azertag.az

8Mənbələr