AZ

“Fransaya qarşı nəticə qazana bilərik”

Azərbaycan millisinin futbolçusu Elvin Bədəlov DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə keçiriləcək qarşılaşma öncəsi mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, futbolçu rəqibin gücünü qəbul etsə də, komandanın nəticə qazanacağına inandığını bildirib:

“Fransa güclü rəqibdir. Amma biz oyuna hazırıq. İnanıram ki, evdəki son matçda nəticə qazana bilərik”.

Qeyd edək ki, Azərbaycan – Fransa görüşü noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:00-da başlayacaq.

Seçilən
116
4
90deqiqe.az

6Mənbələr