AZ

Fransa Azərbaycanın Ukraynadakı səfirliyinin raket zərbəsinə məruz qalmasını pisləyib

Bakı. Trend:

Fransa Rusiya tərəfindən Ukraynaya endirilən, o cümlədənAzərbaycan səfirliyinə də ziyan vurulmasına səbəb olan raket vəpilotsuz uçuş aparatları ilə hücumları qətiyyətlə pisləyib.

Trend-inməlumatına görə, bu barədə Fransanın Avropa və Xarici İşlərNazirliyinin bəyanatında deyilir.

Fransanın xarici siyasət qurumu vurğulayıb:

"Fransa 13-dən 14 noyabra keçən gecə Rusiya Federasiyasıtərəfindən həyata keçirilən və əsasən Ukraynanın paytaxtı Kiyevə,onun energetika infrastrukturlarına, yaşayış məhəllələrinə vəxəstəxanaya yönəlmiş kütləvi zərbələri ən qəti şəkildə pisləyir.Hücumlar nəticəsində çoxsaylı mülki vətəndaşlar, o cümlədən uşaqlarhəlak olub və yaralanıb. Azərbaycan səfirliyi də zərər görüb.

Bu misilsiz miqyaslı hücumlar – təxminən 430 pilotsuz uçuşaparatı və 18 raket – yeni bir eskalasiya olmaqla yanaşı, əgər bunahələ də ehtiyac varsa, Rusiyanın sülh naminə çalışmağa hazırolmadığını bir daha göstərir.

Fransa Ukrayna ilə, onun xalqı və hakimiyyəti ilə, eləcə dəAzərbaycan səfirliyinin əməkdaşları ilə tam həmrəyliyini ifadəedir. O, Ukraynanın suverenliyinə, müstəqilliyinə və ərazibütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyir. Fransa bütüntərəfdaşları ilə birlikdə Ukraynaya dəstəyi artırmaq və Rusiyayatəzyiqi gücləndirmək üçün səylərini davam etdirəcək ki, o,müharibəni dayandırsın."

Seçilən
38
5
az.trend.az

6Mənbələr