AZ

Sinner “Masters”i qazanan ilk italiyalı oldu

“Böyük dəbilqə” turnirlərinin dördqat çempionu Yannik Sinner Parisdə keçirilən “Masters” turnirini qazanan ilk italiyalı oldu.

"Football-plus.az" xəbər verir ki, finalda dünyanın 8-ci raketkası – kanadalı Feliks Oje-Alyassimə qalib gəldi - 6:4, 7:6 (7:4).

Sinner karyerasında 23-cü, mövsümdə və “Masters” seriyalı turnirlərdə 5-ci qələbəsini qazandı. Yannik bu il Vyana, Pekin, Uimbldon turnirlərindən və Avstraliya Açıq Çempionatından qalib kimi ayrılıb.
İtaliyalı tennisçi Paris turnirinin ardından həm də dünya reytinqində zirvəyə qayıdıb.

Seçilən
95
1
football-plus.az

2Mənbələr