AZ

İlham Abbasov vəfat etdi -

Ədliyyə Akademiyasının sabiq prorektoru, hüquq elmləri üzrə fəlsəfə doktoru, polkovnik İlham Abbasov dünyasını dəyişib.Metbuat.az xəbər verir ki, İlham Abbasov 14 noyabr tarixində 77 yaşında vəfat edib. İlham Abbasov uzun illər prokurorluq və ədliyyə orqanlarında məsul vəzifələr daşıyıb. O, Biləsuvar, Qəbələ, Zəngilan, Qubadlı və Masallı rayonlarının prokuroru kimi xidmət göstərib, daha sonra Baş Prokurorluğun mərkəzi aparatında fəaliyyətini davam etdirib.

2001–2017-ci illərdə Ədliyyə Akademiyasında müəllim və prorektor vəzifələrini icra edən Abbasov son illər təqaüddə idi.

Seçilən
72
1
metbuat.az

4Mənbələr