AZ

Trampdan nəhəng maliyyə hücumu: Prezident üç ayda yüz milyonlarla dollar dəyərində istiqraz aldı

ABŞ prezidenti Donald Tramp avqust–oktyabr ayları arasında 82 milyon dollardan 337 milyon dollara qədər dəyərdə istiqrazlar alıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat ABŞ Hökumət Etikası İdarəsinə təqdim olunan maliyyə hesabatında yer alıb. Sənəddə alışların dəqiq məbləği göstərilmir, yalnız hər əməliyyat üzrə təxmini rəqəmlər qeyd olunub. Trampın portfelinə bələdiyyə istiqrazları ilə yanaşı, Netflix və Victoria’s Secret kimi iri şirkətlərin borc kağızları, eləcə də Occidental Petroleum kimi enerji nəhənginin öhdəlikləri daxildir.

Ağ Ev daha əvvəl bəyan edib ki, nə prezident, nə də ailə üzvləri investisiya portfelinə şəxsən nəzarət etmir və aktivlər üçüncü tərəflərin idarəçiliyindədir.

Musavat.com

Seçilən
41
1
musavat.com

10Mənbələr