AZ

“Google” süni intellekt və bulud texnologiyalarına 40 milyard dollar sərmayə qoymağı planlaşdırır

Bakı. Trend:

“Google” şirkəti 2027-ci ilədək süni intellekt və buludtexnologiyalarına 40 milyard dollar sərmayə qoymağıplanlaşdırır.

Trend xəbər verir ki,investisiya ABŞ-ın Texas ştatında sərf ediləcək.

Şirkətdən bildirilib ki, layihə çərçivəsində ştatda yeni datamərkəzi inşa olunacaq. “Google” bu yolla növbəti 15 il ərzindəştatda üstün mövqeyini qoruyub-saxlayacaq.

Ucuz elektrik və əlverişli vergi şərtləri texnologiyaşirkətlərinin Texas ştatına marağı artırır. “Meta” şirkəti artıqbura milyard dollardan çox sərmayə qoyub. “Tesla” və “Oracle” başofislərini bura köçürüb. “Samsung” isə burada yarımkeçiricilərzavodunun tikintisinə 17 milyard dollar sərmayə ayırıb.

Seçilən
18
5
az.trend.az

7Mənbələr