AZ

Trampın oğlu o xəbəri eşitdi, ermənilərə yox dedi: İrəvanda yeni savaş

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ Prezidentinin oğlu, sahibkar kiçik Donald Trampın Ermənistana gözlənilən səfərinin ləğvi ciddi müzakirələrə səbəb oldu. İddialara görə, ləğvə səbəb “Tashir Capital” şirkətinin rəhbəri Narek Karapetyanın məşhur jurnalist Taker Karlsona verdiyi müsahibədir.

Karapetyanın müsahibə zamanı Ermənistan hakimiyyətinin Apostol Kilsəsinə hücumları barədə səsləndirilən fikirlər ABŞ ictimaiyyətində rezonans doğurub. Elə buna görə də, Trampın İrəvana getmək fikrindən daşındığı bildirilir.

Səfər baş tutsaydı, əsasən iki mühüm məsələ müzakirə ediləcəkdi:

“TRIPP marşrutu”nda ABŞ biznesi və PUA tədarükü: Kiçik Donald Trampın şirkətlərindən biri ilə Ermənistan tərəfi arasında pilotsuz uçuş aparatlarının (PUA) tədarükü üçün böyük müqavilənin hazırlanması.

Trampın oğlunun səfərinin Ermənistan hakimiyyətinin kilsə ilə kəskinləşən münasibətlərinə təsiri nə dərəcədə realdır? Ağ Ev “Tramp marşrutu” Rusiya ilə danışıqlarda öz maraqları naminə spekulyasiya mövzuna çevirə bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, ABŞ Prezidenti Donald Trampın oğlunun Ermənistana səfərinin təxirə salınmasının ciddi dəyişikliyə səbəb olacağını düşünmür:

“Bu, nə hakimiyyət, nə də kilsə üçün taleyüklü məsələdir. Amma müxalifət və kilsə bundan iqtidar əleyhinə kampaniyada istifadə edir. İndi belə məqamlar onlar üçün çox əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, Ermənistanda parlament seçkiləri yaxınlaşır. Yəni hər iki tərəf istənilən detaldan qarşı tərəf əleyhinə istifadə edəcək.

Kənan Novruzov

Ağ Evin mövqeyinə gəldiksə isə demək lazımdır ki, həm Moskva, həm də Vaşinqton üçün Ermənistan Cənubi Qafqazın “əsasıdır”. Yəni hər iki tərəf Ermənistan vasitəsilə bölgədə mövqe savaşı aparır. Bu baxımdan “Tramp marşrutu” layihəsinin xüsusi rolu var. ABŞ bu məqamı Rusiya ilə münasibətlərdə diplomatik ticarət alətinə çevirə bilər”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
globalinfo.az

1Mənbələr