AZ

38 yaşlı kişi faciəvi şəkildə öldü

Ağstafada bədbəxt hadisə baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Rayon sakini, 1987-ci il təvəllüdlü V. Zeynalov yaşadığı evdə elektrik cihazını təmir edərkən ehtiyatsızlıq səbəbindən elektrik cərəyanı vurması nəticəsində ölüb. O, hadisə yerində dünyasını dəyişib.

Meyit müvafiq ekspertiza aparılması üçün aidiyyəti üzrə təhvil verilib. Hadisə yerinə prokurorluq və polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Seçilən
25
5
milli.az

10Mənbələr