AZ

Erməni əsilli döyüşçünü təhqirə görə yenə döydülər

Ultimate Fighting Championship-in (UFC) keçmiş çempionu Konor Makqreqorun dostu, amerikalı erməni əsilli döyüşçü Dillon Denis UFC 322 turnirində qalmaqal yaradıb.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rusiyalı döyüşçü İslam Maxaçev və keçmiş UFC yüngül çəki çempionu Həbib Nurməhəmmədovun komandasının təmsilçiləri ilə dava edib.

Denis günün əsas döyüşünün başlamasından əvvəl dava salıb. Davada iştirak edənlər arasında keçmiş UFC döyüşçüsü Abubakar Nurməhəmmədov və Maqomed Zaynukov da olub. Təhlükəsizlik işçiləri davaya müdaxilə ediblər. KİV yazır ki, erməni əsilli döyüşçü Həbibin komandasını durmadan təhqir edibmiş.

Xatırladaq ki, o, bir dəfə də oxşar davranışına görə rinqdən kənarda döyülüb.

Seçilən
33
publika.az

1Mənbələr