Musavat.com xəbər verir ki, bu barədə məlumat ABŞ Hökumət Etikası İdarəsinə təqdim olunan maliyyə hesabatında yer alıb. Sənəddə alışların dəqiq məbləği göstərilmir, yalnız hər əməliyyat üzrə təxmini rəqəmlər qeyd olunub. Trampın portfelinə bələdiyyə istiqrazları ilə yanaşı, Netflix və Victoria's Secret kimi iri şirkətlərin borc kağızları, eləcə də Occidental Petroleum kimi enerji nəhənginin öhdəlikləri daxildir.
Ağ Ev daha əvvəl bəyan edib ki, nə prezident, nə də ailə üzvləri investisiya portfelinə şəxsən nəzarət etmir və aktivlər üçüncü tərəflərin idarəçiliyindədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31