Bu gün DÇ-2026-nın seçmə mərhələsində Avropa zonası üzrə 4 qrupda son turun matçları keçiriləcək.
Offsideplus.az xəbər verir ki, yığmamızın da yer aldığı D qrupunda Ukrayna və İslandiya üz-üzə gələcək. Görüşün nəticəsi qrupun ikincisini müəyyənləşdirəcək. İlk oyunda Ukrayna rəqibini məğlub etməyi bacarıb.
Günün ən maraqlı matçı Milanda baş tutacaq. İtaliya Norveçi qəbul edəcək. "Skuadra adzurra" yalnız 9 top fərqlə qalib gələ bilsə, qrupu lider bitirə bilər.
DÇ-2026, seçmə mərhələ
16 noyabr (bazar)
D qrupu
21:00. Azərbaycan - Fransa
21:00. Ukrayna - İslandiya
1. Fransa - 13 xal, 2. İslandiya - 7, 3. Ukrayna - 7, 4. Azərbaycan - 1
F qrupu
18:00. Macarıstan - İrlandiya
18:00. Portuqaliya - Ermənistan
1. Portuqaliya - 10 xal, 2. Macarıstan - 8, 3. İrlandiya - 7, 4. Ermənistan - 3
I qrupu
23:45. İtaliya - Norveç
23:45. İsrail - Moldova
1. Norveç - 21 xal, 2. İtaliya - 18, 3. İsrail - 9, 4. Estoniya - 4, 5. Moldova - 1.
K qrupu
21:00. Albaniya - İngiltərə
21:00. Serbiya - Latviya
1. İngiltərə - 21 xal. 2. Albaniya - 14, 3. Serbiya - 10, 4. Latviya - 5, 5. Andorra - 1.