AZ

Prezident: “Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulması qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcək”

“Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulması ilə bağlı qərara görə hörmətli həmkarlarıma təşəkkür etmək istəyirəm”.

Editor.az  AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı bildirib: “Bu qərar münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqləyir, həmçinin geniş coğrafi məkanda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcəkdir”.

Seçilən
21
18
editor.az

10Mənbələr