Dubayda dünyanın ən hündür oteli açılıb.
Publika.az The National-a istinadla xəbər verir ki, "Ciel Dubai Marina" adlanan otel artıq ilk qonaqlarını da qəbul edib. .
Otelin hündürlüyü 377 metrdir ki, bu da Dubaydakı 356 metrlik "Gevora" otelindən xeyli hündür sayılır. Bina 82 mərtəbədən və 1004 otaqdan ibarətdir. Hətta otelin 310 metrliyin olan hissəsində xüsusi panoramalı hovuz da tikilib.
Nəşrin məlumatına görə, Dubay hazırda dünyanın ən hündür on otelindən səkkizinə malikdir.