AZ

ITU nun nümayəndəsi: Gənclərin texnologiyaya bərabər çıxışına çalışırıq

ain.az, Azvision portalına istinadən məlumat verir.

Milli Aviasiya Akademiyasında jurnalistlərə açıqlamasında Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) rəqəmsal inklüzivlik üzrə baş koordinatoru Roksana Vidmer-İliesku belə deyib. O qeyd edib ki, 2001-ci ildən bugünədək ITU tərəfindən 17 gənclər forumu təşkil olunub və bu təşəbbüslərin əsas məqsədi gənclərin texnologiyadan bərabər və ədalətli şəkildə yararlanmasını təmin etməkdir: “Bugünkü tədbir gənclərin rəqəmsal gələcəkdə fəal iştirakını qeyd etmək üçün əla fürsətdir. ITU olaraq dünyada gənclərin coğrafi mövqeyindən, cinsindən, imkanlarından asılı olmayaraq, onların texnologiyaya bərabər çıxışına çalışırıq”. Roksana Vidmer-İliesku Azərbaycanın bu istiqamətdə atdığı addımlardan təsirlənmiş olduğunu vurğulayaraq, tədbirdə iştirak edən yüzlərlə gəncin bu həvəs və enerjini bir daha təsdiqlədiyini söyləyib:“Bu səhər burada 500-dən çox gəncin toplaşması, onların Azərbaycanı kəşf etməyə olan marağı və rəqəmsal texnologiyanın əhəmiyyətini paylaşması çox təsirlidir. ITU olaraq gənclərin siyasət və qərarvermə masasında iştirakını təşviq edirik və bu gün burada bunun mükəmməl nümunəsini görürük”, - ITU rəsmisi sözlərinə əlavə edib. AzVision.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
1
azvision.az

2Mənbələr