AZ

Azərbaycan – Özbəkistan münasibətləri nümunəvi tərəfdaşlıq modelidir - Kamaləddin Qafarov

Bakı. Trend:

Cənab Prezident İlham Əliyevin noyabrın 13-də Özbəkistanın Milliİnformasiya Agentliyinə verdiyi müsahibəsində Mərkəzi Asiya DövlətBaşçılarının Məşvərət görüşünə dair səsləndirdiyi fikirlərAzərbaycanın bölgədəki rolunu və qardaş ölkələrlə formalaşanstrateji əməkdaşlığın mahiyyətini aydın ifadə edir.

Trend xəbər verirki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatıKamaləddin Qafarov deyib.

Millət vəkilinin fikrincə, son illərdə Mərkəzi Asiya ölkələriilə siyasi əlaqələrin intensivliyi təkcə diplomatik zərurətdənirəli gəlmir, həm də ümumi tarix, mədəniyyət, dini-mənəvi bağlarkimi dərin köklərə söykənir. "Əlbəttə ki, Azərbaycan üçün buplatformada ardıcıl iştirak həm regional həmrəyliyin nümayişidir,həm də Xəzər hövzəsi boyunca yaranan yeni geosiyasi düzənəuyğunlaşmanın ifadəsidir. Xəzər dənizi bu gün təkcə coğrafixəritədə su hövzəsi deyil, bütöv bir məkanın strateji birləşdiricidamarına çevrilib. Bu dəniz üzərindən qurulan siyasi, iqtisadi vənəqliyyat əlaqələri regionun bütövlüyünü və gələcək inkişafınımüəyyən edən əsas elementlərdəndir. Son üç ildə Mərkəzi Asiyadövlət rəhbərlərinin Azərbaycana təxminən 30 səfər etməsi, eynizamanda, cənab Prezident İlham Əliyevin bu ölkələrə 13 dəfəsəfərinin reallaşması diplomatik fəallığın miqyasını göstərməkləyanaşı, qarşılıqlı etimadın sabitliyini də ortaya qoyur. Dövlətbaşçısının Orta Dəhlizin geostrateji əhəmiyyətinə xüsusi diqqətyönəltməsi isə Azərbaycanın təkcə nəqliyyat qovşağı olmadığını, həmdə Avrasiya logistik sisteminin vacib qərarverici aktorunaçevrildiyini göstərir. Daşkənddə keçiriləcək 7-ci Məşvərətgörüşündən gözləntilər isə ölkəmizin Mərkəzi Asiya iləəməkdaşlığının daha sistemli və uzunmüddətli inkişaf mərhələsinəkeçdiyini təsdiqləyir."

Fikirlərini davam etdirən K.Qafarov Azərbaycan - Özbəkistanmünasibətlərinə toxunaraq bildirib ki, bu əlaqələr təkcə regionaləməkdaşlığın bir hissəsi deyil, bütövlükdə Türk dünyası daxilindənümunəvi tərəfdaşlıq modelidir: "Cənab Prezident İlham Əliyev özmüsahibəsində ikitərəfli münasibətlərin müttəfiqlik səviyyəsinəyüksəldiyini və bu dərinləşmənin həm siyasi etimada, həm dəliderlər arasındakı şəxsi dostluğa söykəndiyini xüsusi vurğulayır.İqtisadi-ticari əlaqələrdəki artım, son illərdə həcmcə iki dəfəyəyaxınlaşan ticarət dövriyyəsi və investisiya layihələriningenişlənməsi bu münasibətlərin real məzmununu daha da gücləndirir.Nəqliyyat və logistika sahəsində Azərbaycan Orta Dəhlizin əsasiştirakçılarından biri kimi Özbəkistan və digər Mərkəzi Asiyaölkələri üçün etibarlı tranzit platforması yaradır. Energetikaəməkdaşlığında isə yaşıl enerji və regional inteqrasiya xətti yeniperspektivlər açır. Mədəni-humanitar sahələrdə həyata keçirilənlayihələr, qardaşlaşmış şəhərlər, mədəniyyət günləri və ortaq idmantəşəbbüsləri xalqlar arasında bağları daha da möhkəmləndirir. CənabPrezidentin bu sahələrə dair açıqlamalarından aydın olur ki,Azərbaycan-Özbəkistan münasibətləri təkcə dövlətlərarası əməkdaşlıqdeyil, həm də iki qardaş xalqın sarsılmaz mənəvi həmrəyliyiüzərində qurulmuş strateji gələcək modelidir".

Məqalədə:
Seçilən
41
12
az.trend.az

10Mənbələr