AZ

Amerikalı döyüşçüyə UFC-dən qadağa

Amerikalı döyüşçü Dilon Denisə Nyu-Yorkda keçirilən UFC turnirində Xabib Nurməhəmmədovun komandasının üzvləri ilə yaşanan kütləvi dava səbəbilə təşkilat tədbirlərinə gəlmək qadağan edilib.

İdman.Biz xəbər verir ki, dava əsas oyun başlamazdan əvvəl baş verib. Hadisədə Abubakar Nurməhəmmədov və Maqomed Zaynukov da iştirak edib. Təhlükəsizlik əməkdaşları vaxtında müdaxilə edərək qarşıdurmanı dayandırıblar.

Dana Uayt insidentə görə məsuliyyəti öz üzərinə götürüb. Onun sözlərinə görə, Denisin başqa bir idmançı ilə mübahisə edəcəyini gözləyirmiş, ancaq Həbib və Mahaçevin komandasının ilk beş sıranı tutduğunu nəzərə almayıbmış.

UFC Denisə qarşı rəsmi ittiham irəli sürməyib, lakin onun təşkilat tədbirlərinə gəlməsinə icazə verilməyəcək.

Qeyd edək ki, Denis uzun illər Konor Makqreqorun komandasında çalışıb və UFC 229 döyüşündən sonra Həbiblə yaşanan məşhur insidentin əsas tərəflərindən biri olub.

İdman.Biz

Seçilən
49
idman.biz

1Mənbələr