AZ

“WhatsApp”-da xaricdə işə vədi ilə dələduzluq edən şəxs saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindəm keçirilən tədbirlərlə insanların etimadından sui-istifadə edərək onları işə düzəltmək adı altında aldadan Tural İslamov saxlanılıb.


DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Pravda.az-a verilən məlumata görə, araşdırmalarla adıçəkilən şəxsin “WhatsApp” ani mesajlaşma proqramında yaradılan “İş elanları” qrupunda vətəndaşları xaricdə yüksək məvacibli işlə təmin edəcəyinə söz verərək onların pullarını ələ keçirdiyi müəyyən edilib.


Faktla bağlı cinayət işi başlanılıb, T.İslamov barəsində həbs qətimkan tədbiri seçilib.

Tarix: 16 Noyabr 2025, 15:45   
Seçilən
25
42
pravda.az

10Mənbələr