Ukraynada ilginc müzakirələr başlayıb.
Turkustan.az xəbər verir ki, Lvovda şəhər tramvaylarında görünən “Mənim pişiyimin ilk sözü miyavdur!” reklam şüarı ətrafında qeyri-adi mübahisə yaranıb.
Bu barədə ukraynalı jurnalist İlko Lemko “Zahid” nəşrinin köşə yazısında məlumat verib.
O, reklamda rusca “miyov”un işlədilməsindən narazılığını bildirib:
“Fikrimcə, ukraynalı pişik “nyav” deməlidir. Reklam şüarını yaradanlar İQ səviyyələrini yüksəltsinlər”.
Deputat Maksim Buzhanski vəziyyəti yumoristik şəkildə şərh edib.
O, “miyovlayan” pişiklərə məhdudiyyətlərin tətbiq edilməsini təklif edib./Globalinfo.az