AZ

İslam Oyunları: Qaşım Maqomedov yarımfinalda məğlub oldu, bürünc üçün yarışacaq YENİLƏNİB

Apasport portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvondo yarışları davam edir.

Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Qaşım Maqomedov yarımfinalda əfqanıstanlı Mohsen Rezae ilə üz-üzə gəlib. 

Görüş rəqibin qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, təmsilçimiz bürünc medal uğrunda mübarizə aparacaq. 

***

15:19

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvondo yarışları davam edir.

Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Qaşım Maqomedov 1/4 finalda pakistanlı idmançı Harun Xanla qarşılaşıb. 

Taekvondoçumuz 2:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Avropa birinciliyi: Taekvondoçularımızdan 5 qızıl, 5 gümüş, 5 bürünc

Daha bir idmançımız Afinada medal qazanıb

Taekvondoçumuz Afinada gümüş qazanıb

Qaşim Maqomedov: “Daha çox hazırlaşsaydım, qızıl medal qazana bilərdim”

Millimizin baş məşqçisi: “Bu nəticə Azərbaycan taekvondosu üçün böyük uğurdur”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
4
apasport.az

9Mənbələr