AZ

Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir-İLHAM ƏLİYEV



Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək.

Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir:

"İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir".

Süleyman
Seçilən
22
36
newscenter.az

10Mənbələr