Ağcabədidə yol qəzası sürücünün ölümü ilə nəticələnib.
APA-nın yerli müxbiri xəbər verir ki, Ağcabədi şəhər ərazisində baş vermiş qəzada "VAZ-2106" və "Opel" markalı minik maşınları toqquşub.
İdarəetməni itirən "VAZ" yol kənarında dayanan "Mercedes" markalı minik maşınına çırpılıb.
Nəticədə bir nəfər hadisə yerində ölüb, bir nəfər isə yaralanıb. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.