AZ

Zidan Fransanın yeni baş məşqçisi olur

Fransa millisinin dünya və Avropa çempionu Zinəddin Zidan yeni iş yeri bəlli olub.

90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis yaxın zamanda “üçrənglilər”in yeni baş məşqçisi təyin olunacaq.

Bundan əvvəl Zidanın Madrid “Real”ına qayıdacağı barədə xəbərlər dolaşsa da, onun namizədliyi “kral klubu” Habi Alonsonu seçənə qədər belə müzakirə olunmayıb.

Beləliklə, məşhur mütəxəssisin növbəti iş yeri Fransa milli komandası olacaq.

Xatırladaq ki, Didye Deşamın rəhbərliyi altında Fransa 2018-ci ildə dünya çempionu, 2022-ci ildə isə vice-çempion olub. “Üçrənglilər” evdə Ukraynaya 4:0 hesabı ilə qalib gələrək 2026 dünya çempionatının final mərhələsinə vəsiqəni rəsmiləşdiriblər.

Seçilən
54
12
90deqiqe.az

10Mənbələr