Azərbaycan cüdoçusu Zaqrebdə Qran-Pridə qızıl medal qazandı.

Azərbaycan yığması Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-Pridə uğurlu çıxış edib.

Offsideplus.az xəbər verir ki, son yarış günündə millimiz iki medal qazanıb.

  • +100 kq çəki dərəcəsində mübarizə aparan Kənan Nəsibov bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. O, finalda Niderland idmançısı Yur Spaykersi ipponla keçib.

  • 90 kq çəki dərəcəsində çıxış edən Vüqar Talıbov isə üçüncü yer uğrunda matçda komanda yoldaşı Aslan Kotsoyevdən üstün çıxaraq bürünc medal əldə edib.

Qeyd edək ki, daha əvvəl Hüseyn Allahyarov (60 kq) bürünc medala yiyələnmişdi.

Beləliklə, Azərbaycan yığması 1 qızıl və 2 bürünc medalla ümumi komanda hesabında 48 ölkə arasında 5-ci, kişilər arasında isə 4-cü yeri tutub.