ABŞ Administrasiyası Venesuela Prezidenti Nikolas Maduronun təhlükəsiz keçid imkanını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə "Politico" nəşri daxili mənbələrə istinadla məlumat yayıb.
Onların fikrincə, ABŞ Prezidenti Donald Trampın köməkçiləri Maduronun uğurla devriləcəyi təqdirdə Venesuela lideri və onun etibarlı adamlarının başqa ölkəyə təhlükəsiz keçməsinə icazə verəcəklər. Türkiyə, Rusiya, Azərbaycan və Kuba da nəzərdən keçirilən ölkələr sırasındadır.
Bundan əlavə, Vaşinqton Maduronun həbs edilməsi və daha sonra ABŞ-da məhkəmə qarşısına çıxarılması imkanlarını nəzərdən keçirir.
Nəşrin mənbələri qeyd edib ki, Ağ Evin Venesuela müxalifəti ilə təmasları onun ölkənin gələcəyi ilə bağlı ciddi müzakirələrə cəlb olunması demək deyil.