AZ

Orban: Ukraynanın Rusiyaya qalib gəlmək şansı yoxdur

Orban:

Hazırkı müharibədə Ukraynanın Rusiyaya qalib gəlmək üçün "heç bir şansı yoxdur".

Reyting.az
“Politico” nəşrinə istinadla xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

Onun sözlərinə görə, Avropa Birliyindən (AB) Ukraynaya əlavə maliyyə dəstəyi vermək "sadəcə dəlilikdir".

Nəşr qeyd edir ki, Orbanın açıqlaması tez bir zamanda atəşkəs ümidlərinin azaldığı və Avropanın gələn ilin büdcə böhranından əvvəl Kiyevə maliyyə dəstəyi göstərməyə çalışdığı bir vaxta təsadüf edir.

Orban nəşrə müsahibəsində bildirib ki, Ukraynaya maliyyə dəstəyi AB-ni "iqtisadi və maliyyə cəhətdən öldürür".

Qeyd olunur ki, Macarıstan əvvəllər Rusiyaya qarşı AB sanksiyalarının uzadılmasını, eləcə də Ukraynaya maliyyə dəstəyinin göstərilməsini bloklayıb. Bundan əlavə, Budapeşt Moskvanın ABŞ-nın iki böyük Rusiya şirkətinə qarşı tətbiq etdiyi neft sanksiyalarından azad edilməsi təklifini irəli sürüb.

Macarıstan baş naziri Avropa liderlərini Ukraynadakı münaqişəni uzatmaqda da ittiham edib.

Orbanın fikrincə, vəziyyət və zaman ruslar üçün daha əlverişlidir, bu səbəbdən müharibəni mümkün qədər tez dayandırmaq lazımdır.

E. KAMAL
Seçilən
44
1
reyting.az

2Mənbələr