AZ

Reuters : Karib və Afrika ölkələri Britaniyadan təzminat tələb edirlər

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Karib Ölkələri İttifaqı 15 ölkəsi və Afrika İttifaqı əsrlərboyu davam edən kölə ticarətinə görə Böyük Britaniyadan təzminat tələb etmək niyyətindədir.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd olunur ki, Karib ölkələri bu məqsədlə xüsusi olaraq yaradılmış təzminat komissiyasına tarixi ədaləti bərpa etmək üçün Britaniya hökuməti ilə danışıqlar aparmaq səlahiyyəti verib. Komissiya tərəfindən hazırlanmış təzminat planına rəsmi üzrxahlıqlar, təhsil proqramları, borcların bağışlanması və nağd ödənişlər daxildir.

Oxşar plan Afrika İttifaqı ölkələri tərəfindən hazırlanır. Bu ölkələr 12.5 milyondan çox qurbanın ölümünə səbəb olan XV-XIX əsrlərdəki kölə ticarətinə görə təzminat tələb edirlər.

Qeyd olunub ki, bir çox Avropa lideri müasir dövlətlərin tarixi cinayətlərə görə məsuliyyət daşımadığına inanaraq bu mövzunu müzakirə etməkdən belə imtina edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
sherg.az

1Mənbələr