AZ

Rəhman Daşdəmirov: Məhsuldar ötürmə verəcəyimi gözləmirdim

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Çox güclü rəqibə qarşı oynadıq. Bu hamıya məlum idi". Sport24.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Rəhman Daşdəmirov deyib.Cinah müdafiəçisi DÇ-2026-nın seçmə mərhələsində Fransaya 1:3 hesabı ilə uduzduqları matçla bağlı danışıb:"Məncə, komanda şəklində yaxşı mübarizə apardıq. İnamlı oynadıq. Qol da vurduq. Məhsuldar ötürmə verəcəyimi gözləmirdim. Mənim üçün yaddaqalan olacaq".Daşdəmirov üçüncü qolda qapıçının səhvinin komandanın motivasiyasına təsir etmədiyini söyləyib: "Buna səhv deməzdim. Belə qarşılaşmalarda səhv qaçılmazdır. Mən və digər komanda yoldaşlarım da başına gələ bilər. Böyük komandalara qarşı matçlarda belə hallar qaçılmazdır".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
60
sport24.az

1Mənbələr