AZ

TAP konsorsiumu Albaniyadakı ölçmə stansiyasının hansı hallarda modernləşdirilə biləcəyini açıqlayıb (ÖZƏL)

Bakı. Trend:

Biliştedə (Albaniya) “ACS02” ölçmə stansiyasının kompressorstansiyasına çevrilməsi yalnız bazar sınaqlarının nəticələriTransadriatik boru kəmərinin (TAP) ötürücülük qabiliyyətinin ikidəfə artırılmasına qədər yeni genişlənmə mərhələsinə əsas yaratdığıhalda həyata keçirilə biləcək potensial layihədir.

Bu barədə Trend-insorğusuna cavab olaraq TAP AG konsorsiumunda bildirilib.

“Kəmərin hazırda təqribən illik 10 milyard kubmetr olanuzunmüddətli ötürücülük qabiliyyəti bazar testinin - hər iki ildənbir boru kəmərinin uzunmüddətli ötürücülük qabiliyyətiningenişləndirilməsinə bazar tələbatının olub-olmamasınınqiymətləndirilməsi üçün tənzimlənən prosedurun nəticələrinə əsasənmərhələli şəkildə təqribən 20 milyard kubmetrə qədər artırılabilər. Əgər TAP-ın ötürücülük qabiliyyətinin ikiqat artırılmasınaqədər gedib çatan yeni genişlənmə mərhələsinin zəruriliyi bazartestinin nəticələri ilə təsdiqlənərsə, Albaniyada kompressiyagücünün artırılması tələb olunacaq. Bu kontekstdə hazırda ölçməstansiyası kimi fəaliyyət göstərən Biliştedəki ACS02 obyektininkompressor stansiyası səviyyəsinə qədər modernləşdirilməsi lazımgələcək”, – konsorsiumda izah edilib.

TAP AG-də qeyd olunub ki, hazırda iki bazar testi davam edir:2023-cü ilin bazar testinin məcburi mərhələsi və 2025-ci ilin bazartestinin qeyri-məcburi mərhələsi.

“İstənilən əlavə genişlənmə yalnız bu proseslər çərçivəsindəbazar uzunmüddətli ötürücülük qabiliyyətinə kifayət qədər tələbatınolduğu halda zəruri olacaq. Bazar testi zamanı daxil ola biləcəkməcburi ötürmə gücü üçün ümumi müraciətlər investisiya qərarı qəbuledilməzdən əvvəl iqtisadi səmərəlilik testindən (EVT) keçməlidir.Əgər bazar testinin nəticələri üzrə TAP-ın ötürücülükqabiliyyətinin ikiqat artırılmasına qədər yeni genişlənməmərhələsinin həyata keçirilməsi təsdiqlənərsə, TAP-ın Ətraf Mühitəvə Sosial Sahəyə Təsirinin Qiymətləndirilməsinə (ESIA)dəyişikliklərin edilməsi tələb olunacaq. ESIA-ya dəyişiklikproseduru çərçivəsində yerli sakinlər və maraqlı tərəflər 5 dekabrtarixində Albaniyanın Devolli bələdiyyəsi ərazisində keçiriləcəkictimai dinləmələrə dəvət olunurlar. Dinləmələrdə potensial layihəhaqqında məlumat təqdim ediləcək və sual vermək, həmçinin rəybildirmək imkanı olacaq. İctimai dinləmələr Albaniyaqanunvericiliyinə və TAP-ın maraqlı tərəflərlə şəffaf əməkdaşlıqöhdəliyinə uyğun olaraq Devolli bələdiyyəsi ilə birgə təşkilolunur.

Biliştedə (Albaniya) “ACS02” ölçmə stansiyasının kompressorstansiyasına çevrilməsi yalnız bazar sınaqlarının nəticələriTransadriatik boru kəmərinin (TAP) ötürücülük qabiliyyətinin ikidəfə artırılmasına qədər yeni genişlənmə mərhələsinə əsas yaratdığıhalda həyata keçirilə biləcək potensial layihədir. Konsorsiumlayihənin ekoloji qiymətləndirilməsinə başlayıb”, – TAP AG-dəbildiriblər.

TAP AG-də qeyd olunub ki, layihə həyata keçiriləcəyi təqdirdəmövcud “ACS02” ölçmə stansiyasının kompressor stansiyasınaçevrilməsi təklif olunur. Bu stansiya mövcud boru kəməri sistemindəqaz təzyiqini artıracaq və boru kəmərinin illik ötürücülükqabiliyyətini hazırkı 10 milyard kubmetrdən 20 milyard kubmetrəyüksəldəcək.

“Mövcud ölçmə stansiyası mövcud konfiqurasiyadan kompressorstansiyasına çevriləcək və bunun üçün hər biri 35 MVt gücə malikdördə qədər elektriklə işləyən kompressor qurğusununquraşdırılması, eləcə də uyğun hava soyuducularının əlavə olunmasınəzərdə tutulur ki, ümumi quraşdırılmış güc 140 MVt-a qədər təminolunsun.

Albaniyada qüvvədə olan ekoloji icazələr ACS02-nin qaz turbiniilə işləyən kompressor stansiyasına çevrilməsini artıq nəzərdətuturdu. Lakin yenilənmiş güc artırımı təklifi bu qaz turbinlərinintamamilə elektrikləşdirilmiş qurğularla əvəz olunmasını nəzərdətutur. Bu dəyişiklik yüksək gərginlikli elektrik yarımstansiyasınınquraşdırılmasını və Albaniyanın müvafiq milli enerji şəbəkəsinəqoşulmanı tələb edəcək. Elektrikləşdirilmiş stansiya ilkinlayihədən fərqli olaraq karbon emissiyalarının qarşısını alacaq vəenerji keçidi məqsədlərinə, həmçinin iqlim hədəflərinə uyğunluğutəmin edəcək”, – konsorsiumdan bildirilib.

Xatırladaq ki, 31 dekabr 2020-ci ildə TAP vasitəsilə ilk qazhəcmlərinin nəqli həyata keçirilib. 2025-ci ilin avqust ayına olanməlumata görə, TAP vasitəsilə Avropaya 50 milyard kubmetrAzərbaycan təbii qazı nəql edilib. TAP-ın illik ötürücülükqabiliyyəti 10 milyard kubmetrdir və bu rəqəmin 20 milyard kubmetrəqədər artırılması imkanı mövcuddur.

2024-cü ilin yanvar ayında 2026-cı ilə qədər TAP üzrə əlavə qaztədarükünün 1,2 milyard kubmetr artırılması təsdiqlənib. HazırdaTAP vasitəsilə Albaniyaya qaz tədarükünün təşkilinə dair işlərgörülür və tədarükün 2026-cı ildə başlanması planlaşdırılır.

Məqalədə:
Seçilən
40
az.trend.az

1Mənbələr