AZ

DÇ-2026-da iştirak edəcək 32 komanda dəqiqləşib

2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatına indiyədək 32 milli komandası qatılacağı rəsmən təsdiqlənib.

İdman.Biz xəbər verir ki, meydan sahibləri ilə yanaşı, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fil Dişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç və Portuqaliya da mundialda iştirak edəcəklər.

Qeyd edək ki, 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatında ümumilikdə 48 komanda iştirak edəcək.

İdman.Biz

Seçilən
34
5
idman.biz

9Mənbələr